YENİ RİNOPLASTİKA DÖVRÜ

Burun estetik əməliyyatı,rinoplastika bütün dünyada açıq və qapalı olaraq iki yanaşma ilə icra edilməkdədir.Tibb inkişaf etdikcə metodlar və alətlər də inkişaf etdirilir.Məqsəd daha az travma və daha yaxşı nəticə üçündür.Bizim icra etdiyimiz metod son zamanlar daha çox danışılan metod olan “closed preservation rhinoplasty” azərbaycancası “qapalı orqan qoruyucu rinoplastika” metodudur.Bəzən insanlar bu metodu əvvəllər də icra olan qapalı rinoplastika əməliyyatı ilə qarışdırırlar.

Açıq mı? qapalı mı əməliyyat olunaq?


Fərqlilik nədədir?

-Açıq əməliyyatda burun dəliklərinin tam ortasından bir kəsik aparılır və dəri qaldırılaraq əməliyyat icra edilir
*Qapalı əməliyyatda burun xaricində heç bir kəsik olmur
-Açıq əməliyyatda burun elastikliyini təmin edən bütün bağlar kəsilir
*Qapalı əməliyyatda burun elastikliyini təmin edən bağlar qorunur


Qapalı rinoplastikanın üstünlükləri nələrdir?
Qapalı əməliyyat daha az şişir və daha tez sağalır
Açıq əməliyyatda daha çox çapıqlaşma olur
Burun ucundan burun dəliklərinin arasına enən “Pitanguy” adlanan bağ qorunur.
Bu bağın bir çox funksyası var.
1)Burun ucu elastikliyini təmin edir
2)İçərisindən burun ucunun qanla təmin olmasında böyük rol oynayan kolemellar arteriyalar keçir
3)Bağın daxilindən burun ucunun hissiyatını təmin edən sinirlər keçir
4)Bağın daxilindən limfa damarları keçir

Açıq əməliyyatda bu bağ kəsilir amma qapalı əməliyyatda bu bağ qorunur.

Pitanguy bağı kəsilərsə nə kimi problemlərlə üzləşilir?

Burun ucu elastikliyində əsas rol oynayan bu bağ kəsilərsə burun ucu hərəkəti pozulur və nəticədə daşlaşmış burun ucu olur

Burun ucunun qanlanmasını təmin edən kolumellar damarlar kəsildiyi üçün burun ucu qan dövranı pozulur(mən çox eşitdim açıq əməliyyat sonrası burun ucu üşüməsi,göyərməsini)

Burun ucunun sinirləri kəsildiyi üçün burun ucu hissiyatının illərlə bəzən ömürlük itməsi

Limfa damarları kəsildiyi üçün burun ucu daha çox şişir və daha gec sağalır.

Pitanguy bağı açıq əməliyyatda kəsildiyi üçün çapıqlaşaraq burun ucuna yığılır və yumurulaşmış bir burun ucuna gətirib çıxarır.

op.dr.cavid ismayılov


Açıq rinoplastika sonrası çapıq izi


Açıq rinoplastika zamanı kəsik


Qapalı rinoplastika sonrası burun ucunun görüntüsü