ƏN GÖZƏL BURUN FORMASI HANSIDIR.

Əməliyyatdan öncə xəstəyə yaraşacaq burunun formasına necə qərar verilir.
İlk öncə onu qeyd edim ki,mən hər xəstəyə fərqli burun edirəm.
Burun estetik əməliyyatının önəmli olan hissələrindən biridə planlamadır.əməliyyata mütləq planlı şəkildə girməkdir.burada rol oynayan əsas faktorlardan biri xəstə ilə düzgün ünsiyyət qurub xəstənin burununda bəyənmədikləri nələrdir,istədikləri və istəmədiklərini göz önündə saxlamaqdır.və mənim tövsiyyələrimi də nəzərə alaraq xəstəyə yeni burun formasına qərar veririk.bizim məqsədimiz hər kəsə eyni burun edibdə hər kəsi bir fabrikadan çıxmış kimi bir birinə bənzətmək deyil əlbəttəki.Burada 3 əsas hissəni də qeyd etmək istərdim.xəstənin istədikləri,istəmədikləri və cərrahiyyənin verdiyi imkanlar.cərahiyyənin verdiyi imkanlar çox önəmlidir,misal üçün çox qalın dərili bir burunu olan xəstə bizdən çox kiçik bir burun istəyirsə biz bunun mümkün olmayacağını və dərinizin imkan verdiyi yerə qədər kiçildə biləcəyimizi xəstəyə izah edirik ve bunun üçündə qeyd etdiyim kimi əməliyyat öncəsi xəstələrimizlə düzgün ünsiyyət qurub doğru burun qərarını veririk.Artıq tipik estetikli bir görünüm günümüzdə bəyənilməməkdədir.Aşırı qalxıq,burun belinin yonularaq çox içəriyə olması,öndən burun ucunun sıxılmış görünümü dövrü çoxdan bitdi.İnsanlar gözəl görünən lakin əməliyyat olunduğu hiss edilməyən burun formasına üstünlük verməyə başladı.2013 cü ildə bir jurnala verdiyim müsahibədə “rinoplastikada yeni dövr” başlıqlı yazıda yaxın 5 ildə sünii burunun heç kim tərəfindən bəyənilməyəcəyinin xəbərini vermişdim.Bu belədə oldu və sürətlə təbiiliyə doğru insanlar yönəlməkdədir.Günümüzdə icra etdiyimiz burun estetikasında gəlinən son mərhələ olan “preservation rinoplastika”da bu yöndə atılan addımlardan biridir.və sonda ən gözəl burun forması ,üzünüzdə olan orqanlarla vəhdət təşkil edən,üzünüzü tamamlayan ,yaxşı nəfəs alan burun formasıdır.

op.dr.cavid ismayılov